Həm
döyüşçü, həm də jurnalist Şöhrət Eyvazovun doğum günüdür. Şöhrət bəy zabit
jurnalistlərimizdəndir. O, Qarabağdan ən doğru xəbərləri oxuculara bir başa səngərdən
çatdıran jurnalistdir.
Şöhrət
Eyvazovun ictimai fəaliyyəti də alqışa layiqdir. Həmkarımız heç vaxt ancaq
özünü düşünməyib, həmkarlarını, dostlarını, ellilərini, bütün azərbaycanlıları daim
müdafiə edib. Cəmiyyət neqativlərlə üzləşməsin deyə, indi də qələminə sarılan
Şöhrət bəy torpaqlarımızın işğaldan azad olunması uğrunda necə vuruşubsa, Azərbaycanın bütövlüyü naminə də o şövqlə çarpışır, yazılarını hədəfə doğru tuşlayır.
Hədəfin
heç vaxt yayınmasın, Şöhrət Eyvazoğlu. Şöhrətli ol, Şöhrətlə ol!
Mediaekspert.az